AZ

Yanan sinaqoqda terrorçular qala bilər...

...Dərbənddə yanan sinaqoqdan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları geri çağırılıb, çünki böyük ehtimalla içəridə terrorçular qala bilər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Rusiya Yəhudi İcmaları Federasiyasının (FEOR) İctimai Şurasının rəhbəri Borux Qorin deyib.

...Hər kəsdən evə qayıtmağı və növbəti xəbərdarlığa qədər evdən çölə çıxmamağı xahiş etmişik.

Borux Qorin bunu Telegram kanalında bəyan edib.

Qorinin sözlərinə görə, sinaqoqdakı əsas yanğın söndürülüb, lakin binanın yarısı yanıb. Ehtimal olunur ki, orada yerləşən Tövrat tumarları yandırılıb. Sinaqoqun içərisində böyük yanğınlar qalsa da, terrorçuların içəridə qala biləcəyi qorxusu ilə yanğınsöndürənlər geri çağırılıb.

Binanın ətrafında isə atışma davam edir.

Əli Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
sia.az

1Mənbələr