AZ

Bu gün sizi nə gözləyir? - BÜRCLƏR

Qoç - ağır gün olsa da, mübarizə hədəfi seçməyə çalışmayın. Rəqiblər sakitləşiblər. Enerji və aktivliyinizdən qarşınızda duran problemlərin həlli üçün yararlansanız, yaxşı nəticələr əldə edəcəksiniz.

Buğa - ağır fiziki işlərə başlamayın. İntellektual fəaliyyətə üstünlük verin. Mühüm məsələlələrin çözülməsində tərəfdaş və şəriklərin mövqelərini nəzərə alın. Aktual saydığınız məqamda istəyinizə çatmaq üçün ifrat dərəcədə aqressiv olmayın.

Əkizlər - ağır, görüləsi işlərin çox olduğu gündür. İndiyədək rəğbət bəslədiyiniz insanlarla ünsiyyətdən çox tez yorula bilərsiniz.

Xərçəng - intuisiyanıza həddən artıq güvənməyin. Real biliklər və təcrübəni heç bir halda "altıncı hiss" əvəzləyə bilməz. Tapşırıq, yaxud sifarişi yerinə yetirmək üçün mühüm informasiyanın çatışmazlığını hiss edirsinizsə, həmin məlumatı arayın. Çalışdığınız kollektivdəki situasiyanı izləyin.

Şir - günün ikinci yarısında öhdəlikləri asanlıqla yerinə yetirərək məqsədə çata bilərsiniz. İnnovasiyalardan istifadə edin. Önəmli məsələlərin həlli üçün əlverişli zamandır. Faydalı əlaqələri inkişaf etdirin.

Qız - mənasız vurnuxma və səbəbsiz tələskənliyə heç bir ehtiyac yoxdur. İşləri ahəstə şəkildə, aramla görün. Diqqətsizlik sonradan önəmli məsələnin sonucuna çox pis təsir edə biləcək absurd, ağır səhvə səbəb ola bilər.

Tərəzi - fərdi maraqlarınızı kollektivin mənafeyinə qurban verməyin. Günün ilk yarısından işlərdə aktiv olun. Müəyyən məsələlərdə gecikmələr, təxirəslamalar istisna deyil. İşdə həmkarlarınızla mənasız münaqişələrə yol verməmək üçün tapşırıqları təkbaşına yerinə yetirin.

Əqrəb - günün ilk yarısında ən önəmli məsələlər ailə və evlə bağlıdır. Yaxınlarınızın problemlərinin həllində aktiv iştirak edin. Fərdi məlumatların qorunmasına və konfidensiallığın təminatına xüsusi diqqət yetirin.

Ciddi rəqiblə üzləşmə ehtimalı yaranarsa, zəruri arqumentlərə yiyələnin. Davranış modelində düzəlişlər etmək olar.
 

Oxatan - uzunmüddətli planın həyata keçirilməsinə başlamaq üçün əlverişli zamandır. Yaxın ətrafınızdakı insanlarla ünsiyyətinizdə diqqətli olun. Dəyər verdiyiniz insanın qəlbinə toxunası hərəkətlər etməyin.

Oğlaq - yeni və genişmiqyaslı işlərə başlamayın. Hazırda məşğul olduğunuz işləri yarımçıq qoymayın, onları tamamlayın. Alış-verişdə çox pul xərcləməyin. Böyük məsrəfləri ertələyin.

Dolça - aşkar həll variantları və asan yollardan imtina etməyin. Bu gün məqsədə məhz onların vasitəsilə çata bilərsiniz. Ənənəvi metodlardan yararlanmaqla, təbii ki, novator olmayacaqsınız, amma can atdığınıza çatacaqsınız. Ətrafınızdakı mühit gərginləşsə də, soyuqqanlı və təmkinli olun.

Balıqlar - günün ilk yarısında həddən artıq aktiv olmayın. Bir qədər aramla çalışın. Cari işlərin müəyyən qismini ertələmək gərəkdir. Diqqəti əsas məqsədə yönəldin. Dostlar və tərəfdaşlarla birgə fəaliyyətdə xeyir var. Eqoist olmayın.

Milli.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
mia.az

1Mənbələr