AZ

Türk futbolçu “Bayern”ə keçməyə hazırdır

“İnter”in türkiyəli futbolçusu Hakan Çalhanoğlu “Bayern”in təklifini nəzərdən keçirməyə hazırdır.



Komanda.az xəbər verir ki, bu barədə “Bayern və Almaniya” məlumat yayıb.



Almaniya nəhənginin rəhbərliyi hələ ki, “İnter” və 30 yaşlı futbolçunun özü ilə danışıqlara başlamayıb. Amma artıq “İnter yarımmüdafiəçiyə qiymət qoyub. Daha əvvəl Milan klubunun Çalhanoğlunun satışından ən azı 70 milyon avro qazanmaq istədiyi bildirilirdi.



Türkiyəli futbolçu İtaliya çempionatının ötən mövsümündə 32 oyun keçirib, 13 qol vurub və 3 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin EtiketlərBayern hakan calhanoglu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
komanda.az

1Mənbələr