AZ

Xesus Navas: "İspaniya bütün zamanların ən yaxşı futbolunu oynayır"

İspaniya millisinin yarımmüdafiəçisi Xesus Navas Avro-2024-də Albaniya ilə oyun öncəsi fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, 38 yaşlı futbolçu bu barədə UEFA-nın rəsmi saytına açıqlamasında bildirib.

 "Bu, indiyə qədər oynadığımız ən yaxşı futboldur. Biz bunu sevirik, amma təvazökar olmalı və öz ayaqlarımız üzərində dayanmalıyıq. Bu, Avropa çempionatıdır, matçdan matça keçmək lazımdır. Albaniya buradadır, çünki onlar çox yaxşı işləyirlər. Çox çalışdılar, birləşdilər. Qələbə qazanmaq üçün ilk dəqiqələrdən güclü olmalıyıq”

Görüş bazar ertəsi baş tutacaq və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. İspaniya iki matçda altı xal toplayıb və Avro-nun pley-off mərhələsində iştirakına zəmanət verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
90deqiqe.az

1Mənbələr