AZ

"Suzuki" sizi yeni ucuz idman avtomobili ilə təəccübləndirəcək

Yeni “Suzuki Cappuccino” premyeraya hazırlanır.

Qeyd edək ki, 1998-ci ildə model xəttindən yoxa çıxan avtomobil, indi ucuz idman modeli kimi qayıdacaq. Təəccüblüdür ki, avtomobil istehsalçıları hələ də belə avtomobillər təklif etməyə hazırdırlar.

“Carscoops”-un məlumatına görə, yeni “Suzuki Cappuccino” uzunluğu 4000 mm-ə qədər artacaq, təkər bazası 2480 mm və kuzovun eni 1700 mm olacaq. Hündürlüyü 1230 mm olacaq. Bu iki nəfər üçün nəzərdə tutulmuş kompakt rodsterdir. Maşının çəkisi təxminən 1100 kq olacaq. Ancaq ikinci nəsildə avtomobil hələ də daha böyük olacaq. Müqayisə üçün qeyd edək ki, 1991-ci ildən köhnə “Kapuçino” uzunluğu 3,3 m-ə çatıb.

SİA-nın əldə etdiyi məlumata görə, əvvəlki modelin mühərrikinin həcmi 0,65 litrdən çox deyildi. Yeni məhsul 150 at gücünə qədər olan 1,3 litrlik mühərrik alacaq.

Əli Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
sia.az

1Mənbələr