AZ

Dağıstanın Serqokalinski rayonunun başçısı saxlanılıb –2 oğlu silahlı hucumda iştirak edib /FOTO

Dağıstanın Serqokalinski rayonunun başçısı Maqomed Ömərov saxlanılıb.

Azpost.info bildirir ki, onun iki oğlu -Osman və Adil Dağıstanda bu günkü terror aktında iştirak ediblər. Hər ikisi təhlükəsizlik qüvvələri tərəfindən məhv edilib.

Hazırda Maqomed Ömərovun evində axtarış aparılır. Hələlik rəsmi məlumat yoxdur.

Dağıstanın Daxili İşlər Nazirliyi bildirir ki, polis Mahaçqalada dörd silahlını məhv edib. Ölənlərin sayı 10-a çatıb (onlardan 7-si hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır). Həmçinin 25 itki var.

Seçilən
170
azpost.info

1Mənbələr