AZ

Dağıstanda terror - Dərbənddə polislə silahlılar arasında atışma gedir

Rusiya Federasiyasının Dağıstan respublikasının Dərbənd və Mahaçqala şəhərlərində antiterror əməliyyatı rejiminin tətbiqinə başlanılıb. 

BAKU.WS gazeta.ru-ya istinadən xəbər verir ki, bir müddət əvvəl iki provaslav məbədi, sinaqoq və Yol-patrul xidmətinin postuna hücum olub. Hücum avtomat silahlarla edilib. Hücum nəticəsində 6 xüsusi xidmət oranları əməkdaşı həlak olub daha 12 nəfər isə xəsarət alıb. Həmçinin məbədin mühafizəçisi və keşiş Nikolay Kotelnikov da öldürülüb. Kilsə, sinoqoq və polis avtomobili yandırılıb.

İki terrorçu zərərsizləşdirilib, ikisi isə saxlanılıb. Hazırda polislə silahlılar arasında döyüş gedir. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
2
azxeber.com

3Mənbələr