AZ

Yevlaxda sahil boyu evlər uçmaq təhlükəsi ilə üz-üzə - RƏSMİ AÇIQLAMAVİDEO

Yay aylarında sel keçən çayda suyun artması, onun məcrasının dəyişməsinə səbəb olub.

Xezerxeber.az xəbər verir ki, Əlicançayın Yevlaxın Yuxarı Bucaq kəndindən keçən hissəsində sahil boyu evlər uçmaq təhlükəsi ilə üz-üzə qalıb. Sakinlər bildirirlər ki, əkin sahələrini, həyətyanı əraziləri çay yuyur.  Əlican çayı sahilini yuyaraq artıq evlərə yaxınlaşıb. 

Məcrası dəyişən Əlican çayı hazırda Yuxarı Bucaqda 10-dan çox fərdi təsərrüfatı hədəfə alıb.

Sakinlər bildirirlər ki, çayın yaratdığı təhlükə ilə bağlı adiyyəti qurumları da məlumatlandırıblar. 

Məsələ ilə bağlı Yevlax Suvarma Sistemləri İdarəsinin baş mühəndisi Ariz Mikayılov həmin çayın onların balansında olmadığını dedi.

Yevlax Şəhər İcra Hakimiyyətindən isə "Xəzər Xəbər"ə bildirildi ki, çayın yaratdığı problemlərlə bağlı aidiyyatı qurumlara müraciət ünvanlanıb. 

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
5
xezerxeber.az

6Mənbələr