AZ

Ağstafada toyda kütləvi zəhərlənmədən YENİ XƏBƏRVİDEO

Xəbər verdiyimiz kimi, Ağstafa rayonundakı şadlıq saraylarının birində toy mərasimi zamanı axşam saatlarında  qonaqlar arasında halsızlıq, ürəkbulanma və digər əlamətlər özünü biruzə verməyə başlayıb.

Özünü pis hiss edən qonaqların sayı artdıqca rayon mərkəzi xəstəxanasına kütləvi müraciət qeydə alınıb. Təcili Tibbi Yarım avtomobilləri və xəstələrin yaxın qohumlarının vasitələri ilə zərərçəkənlər Ağstafa rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Əsasən Ağstafa və Tovuz  rayonlarından olan qonaqların çoxu orta yaş qrupuna aid olsa da içərilərində azyaşlılar, habelə toyu olan bəy ilə gəlin də var. Bəyə nisbətən gəlinə daha çox yardım göstərilib.

Toyda halı pisləşən daha bir neçə nəfər isə Qazax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hadisəyə ilkin səbəb kimi ev şəraitində hazırlanan salatların tərkibində gedən dəyişkənliklər ehtimal edilir.

Hadisə yerinə Ağstafa Rayon Polis Şöbəsinin, Rayon Prokurorluğunun və Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları cəlb ediliblər. İlkin araşdırmalar zamanı məlum olub ki,  Aşağı Göycəli kənd sakini Məkan Piriyevin təşkil etdiyi toy mərasimində ev şəraitində müvafiq temperatur rejiminə riayət edilmədən hazırlanan müxtəlif qidalar şadlıq sarayında istehlaka təqdim olunub. Həmin qidalardan nümunələr götürülərək laborator analizlərə cəlb edilib.

Qeyd edək ki, hadisə ilə əlaqədar Ağstafa rayon mərkəzi xəstəxanasına müraciət edən şəxslərin hər birinə tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Hazırda araşdırmalar davam etdirilir.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
xezerxeber.az

1Mənbələr