AZ

Portuqaliyanı Ronaldo yox, ...Qranaç sevindirdi - REPORTAJ

F qrupu
N 12. Portuqaliya – Çexiya 2:1 (0:0)
22. Dioqo Koşta
4. Ruben Diaş
3. Pepe
5. Dioqo Dalot
(14. Qonsalo İnasio, 63)
19. Nunu Mendeş
(25. Pedro Neto, 90)
23. Vitinya
(26. Fransisko Konseysao, 90)
8. Bruno Fernandeş
10. Bernardo Silva
20. Joao Kanselo
(2. Nelson Semedo, 90)
17. Rafael Leao
(21. Dioqo Jota, 63)
7. Kriştiano Ronaldo (k)
Ehtiyat oyunçular
1. Ruy Patrisio
12. Joze Sa
6. Joao Palyinya
9. Qonsalo Ramuş
11. Joao Feliş
13. Danilo Pereyra
15. Joao Neveş
16. Mateus Nunes
18. Ruben Neveş
24. Antonio Silva
Baş məşqçi: Roberto Martines

1. Yindrjix Stanek
18. Ladislav Kreyçi
4. Robin Qranaç
3. Tomaş Qoleş
(19. Tomaş Xorı, 90+3)
12. David Doudera
14. Lukaş Provod
(7. Antonin Barak, 79)
22. Tomaş Souçek (k)
25. Pavel Şults
(8. Petr Şevçik, 79)
5. Vladimir Soufal
10. Patrik Şik
(13. Moymir Xitil, 60)
11. Yan Kuxta
(20. Ondrjey Linqr, 60)
Ehtiyat oyunçular
16. Matey Kovarj
23. Vitezslav Yaroş
2. David Zima
6. Martin Vitik
9. Adam Qlojek
15. David Yurasek
17. Vatslav Çernı
21. Lukaş Çerv
24. Tomaş Vlçek
26. Matey Yurasek
Baş məşqçi: İvan Qaşek
Qollar: L.Provod, 62 (0:1). R.Qranaç, 69-öz qapısına (1:1). F.Konseysao, 90+2 (2:1).
Vərəqələr: R.Leao, 39. P.Şik, 57. F.Konseysao, 90+3 – sarı.
Hakimlər: MARKO QUİDA, Filippo Meli, Corco Peretti (hamısı İtaliya).
VAR hakimləri: Massimiliano İrrati, Paolo Valeri (hər ikisi İtaliya), Fedayi San (İsveçrə).
18 iyun. Leyptsiq. “Red Bull Arena”. 38241 tamaşaçı (42959 yerlik). Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun ən yaxşısı: Vitinya.

oyunun statistikası
19 (8) qapıya (“çərçivə”yə) zərbə 5 (1)
6 qayda pozuntusu 9
13 künc zərbəsi 0
3 ofsayd 1
2 (0) sarı (qırmızı) vərəqə 1 (0)
69 topa sahibolma (faizlə) 31
712 (622) ötürmə (dəqiq) 262 (178)
115,7 məsafə (km) 121,1

Bu oyun, gözlənildiyi kimi, gərgin və əsəbi keçdi. Müdafiəyə qapanan çexlər uzatma dəqiqələrinin sonuna kimi xal qazanmağa yaxın idi. Əlbəttə, portuqaliyalılar topa daha çox nəzarət etdi, çoxlu künc zərbəsi yerinə yetirdi, ancaq ilk yarı boyunca yalnız bir real qol vəziyyəti yaratdılar ki, onda da Stanek Ronaldonun təhlükəli zərbəsinin qarşısını aldı.

Martinesin komandası fasilədən sonra tempi artırdı, rəqibi qapısına doğru sıxışdırdı və ...qol buraxdı. Çexlərin nadir hücumlarının birində Provod topu qapının uzaq küncünə göndərdi. Amma hesab tezliklə bərabərləşdi. Mendeşin qapıya zərbəsini Stanek dəf etsə də, Qranaçın ayağından səkən top tora düşdü. Ardından çexlərin qapıçısı Bernardo Silva ilə Vitinyanın təhlükəli zərbələrinin öhdəsindən gəldi. Jota Ronaldonun dirəkdən dönən zərbəsini tora salsa da, Kriştiano ofsaydda olduğundan qol qeydə alınmadı. Və yenə səhnəyə bəxtsiz Qranaç çıxdı. O, Netonun cərimə meydançasına ötürməsini elə saxladı ki, Konseysaoya, sadəcə, topu qapıya göndərmək qaldı. Beləcə 1 xalı haqq edən çexlər meydandan əliboş ayrıldı.

Reaksiyalar
Roberto Martines:
“Bu gün elə oyun deyildi ki, komandanın taktiki, texniki və ya fiziki durumunu dəyərləndirəsən. Bu gün qələbə qazandıq, ona görə ki, dəyanət, iradə və inam göstərdik. Möhtəşəm xarakter göstərməklə ilk əzmkar qələbəmizi qazandıq. Azarkeşlərimiz məğlubiyyətə layiq deyildi”.


İvan Qaşek:
“Çox təəssüflənirəm, heyif ki, bu işi uğurla başa çatdıra bilmədik. Dünyanın ən yaxşı komandalarından olan Portuqaliyanın işini çox çətinləşdirdik. Ronaldonun bu yaşda da bu dərəcədə təhlükəli olması qeyri-adi haldı. Yenə də dahiliyini göstərdi, qarşısında şlyapamı çıxarıram. Uzatma dəqiqələrində qol buraxdığımıza görə məyusuq. Ancaq tezliklə bunu arxada qoyub 4 gün sonra keçiriləcək həlledici oyuna hazır olmalıyıq”.

Rəqəmlər və faktlar
* Pepe 41 yaş 112 günlüyündə meydana çıxmaqla AÇ tarixinə ən yaşlı futbolçu kimi düşdü. Portuqaliyalı müdafiəçi əvvəlki rekordçunu – macar qapıçı Qabor Kirayı (40 yaş 86 gün) təxminən bir il qabaqladı. Final mərhələsində iştirak edən ən yaşlı futbolçuların “3-lüy”ünə Lotar Matteusu (39 yaş 91 gün) burdan sıxışdıran K.Ronaldo (39 yaş 133 gün) da daxil oldu.
* AÇ-də 2008-də debüt edən Pepe 20-ci oyununu keçirməklə bu həddə çatan 2-ci futbolçu oldu. Bu göstəricidə rekordçu olan K.Ronaldonun hesabında 26 oyun var.
Seçilən
158
football-plus.az

1Mənbələr