AZ

"Bu, böyük yanlışlıq olardı": Putin Cənubi Koreyaya Ukraynaya ölümcül silah verməyə tələsməməyi məsləhət görüb

"Cənubi Koreyanın Rusiya ilə KXDR-in yaxınlaşmasından çəkinməyə səbəbləri yoxdur..."
 
"Bu saziş üçüncü ölkələrə qarşı yönəlməyib, lakin "mühüm çəkidirici amildir..."
 
Seul Kiyevə ölümcül silah tədarükünün mümkünlüyü barədə bəyan edib.
 
Moderator.az xəbər verir ki, bu barədə İranın "Javan" nəşri yazıb.
 
Cənubi Koreya Vladimir Putinin KXDR-ə səfərindən əməlli-başlı qorxuya düşəndən sonra belə təhdid səsləndirib. 
 
Lakin Rusiya prezidenti Moskva ilə Pxenyan arasında yeni sazişin Koreya yarımadasında vəziyyətə təsirini şərh edərkən Seulun buna cavab olaraq Ukraynaya ölümcül silahın tədarükü məsələsinə yanaşmasını dəyişməklə bağlı mümkün qərarına cavab olaraq vurğulayıb ki, belə qərar "böyük yanlışlıq" olardı. Daha sonra bunun baş verməyəcəyinə ümid etdiyini ifadə edib.
 
"Biz Kiyevə hərbi yardım göstərilməsi məsələsinə yenidən baxmaq niyyətindəyik", - bunu Cənubi Koreyanın "Yonhap" informasiya agentliyinə Koreya Respublikası prezidenti yanında Milli Təhlükəsizlik İdarəsinin rəhbəri Çan Xo Çjin bəyan edib. 
 
"Rəsmi Seul hesab edir ki, Pxenyanın istənilən dövlətlə hərbi əməkdaşlığı KXDR-in hərbi cəhətdən möhkəmlənməsinə kömək edəcək, bu da öz növbəsində BMT Təhlükəsizlik Şurasının Şimali Koreyaya qarşı tətbiq etdiyi sanksiyaların kobud şəkildə pozulmasıdır", - məmur vurğulayıb.
 
Cənubi Koreya Rusiyaya qarşı ixrac üzrə sanksiyaları sərtləşdirəcək
 
Çan Xo Çjin həmçinin məlumat verib ki, Moskva və Pxenyan arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında Müqaviləyə cavab olaraq Seul Rusiyaya qarşı ixrac məhdudiyyətlərinin siyahısını daha 243 mövqe əlavə etməklə genişləndirmək niyyətindədir.
 
Beləliklə, Ukraynada müharibə başlanandan Seulun Rusiyaya qarşı tətbiq etdiyi ixrac məhdudiyyətləri 1400-dən artıq malları əhatə edəcək.
 
Rusiya Cənubi Koreyanın Ukraynaya ölümcül silah tədarük etməsi qərarına cavab vermək niyyətindədir
 
Vyetnamda səfərdə olarkən Putin bəyan edib ki, Rusiya ilə KXDR arasında imzalanan saziş üçüncü ölkələrə qarşı yönəlməyib, lakin bu saziş "mühüm çəkindirici amil" olacaq.
 
O, deyib ki, Ukraynaya ölümcül silahın tədarükü Cənubi Koreya tərəfindən "böyük yanlışlıq olardı". Bu zaman Rusiya lideri bunun baş verməyəcəyinə ümid etdiyini ifadə edib. "Lakin əgər hər halda bu, baş verərsə, Moskca bununla bağlı zəruri qərarlar qəbul edəcək", - Putin əlavə edib.
 
Rusiya lideri vurğulayıb ki, Cənubi Koreya bununla bağlı narahatlıq keçirməməlidir, çünki KXDR-ə silah və ya döyüş sursatları ilə yardım yalnız ona qarşı təcavüz olacağı halda göstəriləcək.
 
"Məndə olan məlumata görə, Cənubi Koreya KXDR-ə hərbi təcavüz etməyi planlaşdırmır, deməli, bizim bu sahədə əməkdaşlığımızdan çəkinməyə heç bir zərurət yoxdur", - Putin deyib.
 
Moskva ilə Pxenyan arasında strateji tərəfdaşlıq haqqında sazişin bağlanmasında yeni heç nə yoxdur
 
Rusiya prezidenti xatırladıb ki, Seulun narahatlığına səbəb olan sazişdə prinsipial olaraq yeni heç nə yoxdur. 
 
Bu zaman Putin 1962-ci ildə Sovet İttifaqı ilə KXDR arasında imzalanmış müqaviləyə istinad edib və izah edib ki, bu müqavilənin dəyişən vəziyyət nəzərə alınmaqla bəzi korrektələrə ehtiyacı var.  
 
Lakin o, vurğulayıb ki, əvvəlki müqavilədə də eyni məsələlər xatırlanır.  Bu zaman Rusiya lideri xatırladıb ki, Pxenyanın da digər ölkələrlə analoji sazişləri var, amma onlar heç kimi narahat etmır.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
1
moderator.az

2Mənbələr