AZ

KİV: Hizbullah İran silahlarını burada saxlayır

Hizbullah hərəkatı Beyrutdakı Rafik Həriri Beynəlxalq Hava Limanında külli miqdarda İran istehsalı olan silah saxlayır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Deyli Teleqraf" qəzeti hava limanının əməkdaşlarına istinadən məlumat yayıb.

Məlumata görə, hərəkat üzvləri gömrükçülərə rüşvət verib, İran istehsalı olan silahları, raketləri və partlayıcı maddələri sərbəst keçiriblər.

Hava limanının rəsmiləri bildiriblər ki, saxlanılan silahlara İranın "Fəlaq" artilleriya raketləri, "Fateh-110" qısa mənzilli ballistik raketləri, "Burkan" iri çaplı raketləri, RDX partlayıcıları və digər silahlar daxildir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
92
4
milli.az

6Mənbələr