AZ

Dərbənd sinaqoqunda yanğın baş verib...

Dağıstanın Dərbənd şəhərində sinaqoqun binasına hücumdan sonra yanğın baş verib.

SİA xəbər verir ki, şəhər meriyasının TASS-a verdiyi məlumata görə, Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerindədir.

Hazırda anğınsöndürülür. Bundan əvvəl naməlum şəxslərin Dərbənddə sinaqoq və kilsəni avtomat silahlardan atəşə tutduğu bildirilirdi.

Şübhəlilər ağ rəngli “Volkswagen Polo” markalı avtomobillə qaçıblar.

Hücumdan sonra polisə xəbərdarlıq edilib.

Həmçinin iyunun 23-də Dağıstanın başqa bir şəhərində - Mahaçqalada yol polisi postuna basqın edildiyi məlum olub. Nəticədə, ilkin məlumatlara görə, bir polis əməkdaşı həlak olub.

Əli Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
sia.az

1Mənbələr