AZ

Bələdiyyə sənədi ev tikən şəxslər gələn aydan çıxarış ala biləcək - Ekspert AÇIQLADIVİDEO

Kənd təsərrüfatı təyinatlı torpaqlarda da tikilən bəzi evlərə çıxarış almaq mümkün olacaq.

Xezerxeber.az xəbəruinə görə,  verir ki, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyir ki, Bakıda və Abşeron rayonunda 100 minlərlə sənədsiz ev var ki, bunun da əsas səbəbi torpaqların kənd təsərrüfatı təyinatlı olmasıdır.

Ekspert onu da əlavə edib ki, yeni qanun layihəsində bir sıra normativ aktlar da nəzərə alınmalıdır.

Bu qayda daha öncə kənd təsərrüfatı təyinatlı torpaqda tikilən evlərə şamil olunmurdu.

Elnur Fərzəliyev deyir ki, həmin evlərin sənədləşdirilməsi ilə bağlı birmənalı olaraq torpaqlarda təyinat dəyişikliyi olmalıdır. Yaxud həmin daşınmaz əmlak sahəsinə amnistiya verilməlidir.

O, əlavə etdi ki, bələdiyyələr tərəfindən satılan torpaqlardakı tikililər də sənədsiz qala bilər.

Ekspert onu da bildirdi ki, yeni layihəyə əsasən gələn aydan bələdiyyə sərəncamları ilə bağlı yeni portal fəaliyyətə başlayacaq. Yəni bələdiyyə sənədi ilə ev alan və ya tikən şəxslər portala daxil olub qeydiyyatdan keçməklə evinə çıxarış ala biləcək.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
42
xezerxeber.az

10Mənbələr