AZ

"Almaniya ilə oyun derbi kimidir, çünki..." -Brill Embolo

İsveçrə millisinin hücumçusu Brill Embolo Avropa çempionatının qrup mərhələsinin 3-cü turu çərçivəsində bu gün Almaniya yığmasına qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, UEFA-nın rəsmi saytı onun sözlərini belə çatdırıb:

"Bu, hər iki komanda üçün vacib oyundur. Çünki hər ikisi birinci yeri tuta bilər. Düşünürəm ki, bizim qonşu olmağımız bu matçı azarkeşlər üçün xüsusi edir. Oyun belə demək mümkündürsə, derbi kimidir.

Bizə dəstək böyükdür. Çünki Almaniya ilə qonşuyuq. Ona görə də azarkeşlərimizin buraya gəlməsi daha asandır. Çalışırıq ki, onları sevindirək. Səviyyəmizi nümayiş etdirək ki, bizimlə fəxr etsinlər. Bu, yalnız komanda üçün deyil, həm də bütün ölkə üçün xüsusi oyundur”.

Qeyd edək ki, İsveçrə - Almaniya qarşılaşması Bakı vaxtı ilə 23:00-da başlayacaq. 

Nihat

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
fanat.az

1Mənbələr