AZ

Mingəçevirdə mikroavtobus velosipedçini vurdu

Mingəçevirdə velosipedçinin ehtiyatsızlığı qəzaya səbəb olub.
 
BAKU.WS "Unikal"a istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospekti ilə M.Maqomayev küçələrinin kəsişməsində baş verib.
Hərəkətdə olan mikroavtobusun önünə qəfil çıxan velosipedçi qəzaya səbəb olub.
 
Maşın velosipedçini - Yevlax rayon sakini, 1984-cü il təvəllüdlü Quliyev Xalis Zülfüqar oğlunu vurub. Yaralı təcili xəstəxanaya çatdırılıb, vəziyyəti ağırdır.
 
Faktla bağlı araşdırma başlanıb.
Seçilən
119
1
baku.ws

2Mənbələr