AZ

Stiv Klark: “Macarıstan yığması ilə çətin oyun gözləyirik”

Şotlandiya yığmasının baş məşqçisi Stiv Klark AÇ-2024-ün qrup mərhələsinin 3-cü turunda Macarıstan yığması ilə qarşıdakı oyundan danışıb.

Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, şotland mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Biz təxmin edirdik ki, hər şey qrupdakı son oyuna yönələ bilər. Biz əvvəllər (AÇ-2020-də – redaktorun qeydi) müvafiq vəziyyətdə olmuşuq, ona görə də ümidimiz var ki, nəsə öyrənmişik.

Macarıstan yığmasının son bir neçə ildəki nəticələrinə nəzər salsaq görərik ki, o bu istiqamətdə irəliləyir. Bu, yaxşı komandadır, mütəşəkkildir və yaxşı məşqçisi var. Bu komanda meydanda həm topla, həm də topsuz yaxşı görünür. Yüksək səviyyəli futbolçulardan ibarətdir. Biz çətin bir oyun gözləyirik və əminəm ki, onlar da eynisinin intizarındadırlar”, deyə Stiv Klark vurğulayıb.

Xatırladaq ki, Avropa çempionatının qrup mərhələsinin sonuncu, 3-cü turu çərçivəsində keçiriləcək “A” qrupunun Şotlandiya – Macarıstan oyunu bu gün, iyunun 23-də Ştutqartın “Mersedes-Bents” stadionunda baş tutacaq. Hakimin fiti oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.

3-cü tur ərəfəsində “A” qrupunun yarış cədvəlindəki mənzərəsəni təqdim edirik:

  1. Almaniya – 6 xal
  2. İsveçrə – 4
  3. Şotlandiya – 1
  4. Macarıstan – 0

Vurğulayaq ki, bundestim ələmə mərhələsinə vəsiqəsini artıq təmin edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
arena.az

1Mənbələr