AZ

Sevastopol raketlərlə vuruldu

Sevastopol rəhbərliyi Ukrayna qüvvələrinin Sevastopola kaset sursatları ilə ballistik raketlərlə zərbə endirdiyini elan edib.

Musavat.com bu barədə xarici mediaya istinadən bildirir.

Sevastopol qubernatoru Mixail Razvozjayevin sözlərinə görə, hücum nəticəsində ikisi uşaq olmaqla üç nəfər həlak olub.

“Yaralıların sayı artaraq 100-ə yaxınlaşıb. Bütün səhiyyə sistemi səfərbər olunub, həkimlər və tibb işçiləri iş başındadır. Əməliyyat otaqları hazırlanıb. Zərərçəkənlərə bütün lazımi tibbi yardım göstərilir”, - deyə Razvozjayev bildirib.

Hələlik Ukraynadan rəsmi reaksiya yoxdur.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
musavat.com

1Mənbələr