AZ

İlham Yadullayev darmadağını fərdi səhvlərlə bağladı

Albaniyanın Dürres şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası iyunun 19-da ikinci yoldaşlıq görüşünü keçirib. 

U-17 hazırlıq çərçivəsində növbəti dəfə meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. “Eqnatia Arena”da təşkil olunan matç Albaniya yığmasının 4:1 hesablı qələbəsi ilə başa çatıb. Millimizin heyətində qolu 70-ci dəqiqədə Əli İbrahim vurub. Qeyd edək ki, bu komandalar arasında iyunun 17-də keçirilən ilk yoldaşlıq görüşü 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. U-17-nin baş məşqçisi İlham Yadullayev darmadağınla bağlı belə dedi:
“Matç başlayan kimi ağır keçəcəyi hiss olunurdu. Uşağlarda azca yorğunluq hiss olunurdu. İkigündənbir oynamaq çətindi. Rəqib futbolçular boy və fiziki cəhətdən bizi üstələyirdi. Buna görə də 5-ci dəqiqədə qol buraxdıq. Özümüzə gəlməyə çalışırdıq ki, qapımızdan 2-ci topu keçirdilər. Zaman irəlilədi və bir qədər oyun düzəldi. Futbolçularım çalışdılar, vuruşdular, mübarizə apardılar. Amma oyunu öz xeyrimizə çevirə bilmədik. Sırf öz səhvlərimizə görə qollar gördük. Deməzdim ki, oyun baxımından böyük problemlər var idi. Rəqib fərdi cəhətdən bizi üstələdi”. 


ƏSƏD SEYİDOV
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
football-plus.az

1Mənbələr