AZ

"Biz Şotlandiya ilə eyni qayıqdayıq" - Marko Rossi

Macarıstan millisinin baş məşqçisi Marko Rossi Avropa çempionatının qrup mərhələsinin 3-cü turu çərçivəsində bu gün Şotlandiya yığmasına qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, UEFA-nın rəsmi saytı onun sözlərini belə çatdırıb:

"Məncə, Şotlandiya həmişə aqressivdir. Onlar ilk iki oyunda da aqressiv oynamağa hədəflənmuşdilər. Bizə qarşı nə dərəcədə aqressiv olacaqlarını isə bu rəqibə qarşı keçirəcəyimiz matçda görəcəyik. Biz Şotlandiya ilə belə desək, eyni qayıqdayıq. Hər iki komanda 3 xal qazanmaq istəyir. Maksimum nəticə qazanmağı bacarsaq, bu,  növbəti mərhələyə çıxmağımıza yardımçı ola bilər".

Qeyd edək ki, Şotlandiya - Macarıstan qarşılaşmasının start fiti Bakı vaxtı ilə 23:00-da səsləndiriləcək. Britaniya təmsilçisi ilk iki görüşdə 1 xal əldə edibsə, macarlar həm Almaniyaya, həm də İsveçə uduzublar.

Nihat

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
fanat.az

1Mənbələr