AZ

Azərbaycan klubu millinin üzvü üçün Kiyev "Dinamo"suna MÜRACİƏT ETDİ

Konfrans Liqasında ölkəmizi təmsil edəcək "Sabah" 19 iyun tarixindən Bakıda bir araya gəlib.

Amma komandanın yamaykalı legioneri Kahim Parris haqqında bunu demək olmaz.

Müqavilə ilə Kiyev "Dinamo"suna məxsus olan yarımmüdafiəçi hələ də ölkəmizə qayıtmayıb.

Bunun baş tutması üçün "Sabah"ın Ukrayna nəhəngi ilə dil tapması lazımdır.

Hazırda tərəflər arasında intensiv danışıqlar gedir.
Parris baş məşqçi Krunoslav Renduliçin sərəncamında görmək istədiyi addır.

Klub rəhbərliyi bütün mümkün variantlara əl atıb, arxada qoyduğumuz mövsümü "Sabah"da icarədə keçirmiş 24 yaşlı legioneri yenidən kollektivə qaytarmağa çalışır.

Yamayka millisinin üzvü 2023/24 mövsümündə "Sabah" forması ilə meydana çıxdığı 31 matçda 4 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
sportinfo.az

1Mənbələr