AZ

AVRO-2024: Albaniyalı hücumçu 2 oyunluq diskvalifikasiya edildi

Albaniya millisinin hücumçusu Mirlind Daku futbol üzrə Avropa çempionatının qrup mərhələsinin 2-ci turunun Xorvatiya ilə oyunundan (2:2) sonra makedoniyalılara və serblərə qarşı təhqiramiz şüarlar səsləndirdiyinə görə iki oyunluq diskvalifikasiya olunub. Matc.az xəbər verir ki, bu barədə Albaniya Futbol Federasiyasının “X” sosial şəbəkəsindəki rəsmi hesabı məlumat yayıb. “Rubin”inin hücumçusu AVRO-2024-ün qrup mərhələsinin İspaniya ilə həlledici oyununda Albaniya millisinə kömək etməyəcək və albanların qrupdan çıxacağı təqdirdə 1/8 finalı da buraxacaq. Bundan əvvəl, Şimali Makedoniya Futbol Federasiyası Dakunu təhqiredici şüarlara görə cəzalandırmağa çağırıb, həmçinin albaniyalı futbolçunun davranışına görə ictimaiyyətdən üzr istəməsini tələb edib. Qeyd edək ki, Daku sonradan bu qalmaqallı vəziyyətlə bağlı açıqlama verərək, kimisə incitdiyini hiss etdiyini bildirib.       

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
3
matc.az

4Mənbələr