AZ

"Rusiyalı işğalçılar cəbhədə özünün yay hücumuna başlayıb" - ISW

"Yay hücumu, ehtimal ki, şimala hücumdan sonra Ukraynanın şərqinə yönələcək..."
 
Rusiya qoşunları Donetsk vilayətində öz hücum tempini artırır, eyni zamanda Xarkov vilayətinin şimalında onun intensivliyini azaldır. Bu, yay hücumuna hazırlıq və ya onun başlanmasından xəbər verə bilər.
 
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın müharibənin öyrənilməsi İnstitutu (ISW) məlumat verib.
 
Ekspertlərin fikrincə, rusiyalıların Xarkov vilayətində hücumu Ukrayna Silahlı Qüvvələrinin diqqətini yayındırmaq, bununla da işğalçılara cəbhənin digər sahələrində fəallaşmağa imkan vermək məqsədini daşıyır.
 
Qəsbkarlar o cümlədən iyunun 18-nə keçən gecə Toretsk-Qorlovka istiqamətində hücumlarının intensivliyini artırıb və bu sahədə iyunun 19-dan 22-ə kimi nisbətən intensivliyi saxlayıb. Düşmən bu sahədə bir neçə taktiki qələbə əldə edib.
 
Bu fəallıq və intensivlik diqqəti cəlb edir, çünki bu il ərzində rusiyalılar bu sahədə fəallıq göstərməyib. Bu zaman Xarkov vilayətinin şimalında əməliyyatların tempi kəskin surətdə azalıb.
 
Ukrayna mənbələri həmçinin təsdiq edir ki, Ukraynanın bəzi bölmələri Donetsk vilayətindən Xarkov istiqamətinə göndərilib, ona görə də işğalçılar Ukrayna mövqelərinin güman edilən zəifliyindən xüsusilə Toretsk-Qorlovka istiqamətində öz hücumlarını gücləndirmək üçün istifadə edə bilər.
 
Bundan başqa, düşmən Çasov Yar və Avdeyevka istiqamətində atəşlərin intensivliyini saxlayır və tezliklə hücumlarını gücləndirə bilər.
 
Hər şey yaxın həftələrdə Rusiya komandanlığının burada Müdafiə Qüvvələrinin öz ehtiyatlarını yenidən Donetsk vilayətinə dislokasiya etməzdən öncə hücum üçün əlverişli zamanı müəyyən edəcəyindən asılı olacaq.
 
Qeyd edilir ki, yay hücumu ehtimal ki, şimala hücumdan sonra Ukraynanın şərqinə yönələcək. Sonuncu hücum isə Ukraynanın məhdud resurslarını parçalamaq məqsədini daşıyıb.
 
Rusiyanın hücumu-bəlli olanlar
 
Ekspertlər və KİV-lər arasında çoxdandır ki, Rusiyanın şərqdə mümkün hücumu haqqında məlumat yayılmaqdadır. Əvvəlcə ən qaynar istiqamətlərin Xarkov və Sumı vilayətlərinin ola biləcəyi güman edilib.
 
Sonradan bəlli olub ki, rusiyalı işğalçılar öz bölmələrinin bir hissəsini onların döyüş qabiliyyətlərinin itirilməsi səbəbindən Volçansk rayonundan çıxarmağa cəhd göstərir.
 
"Xarkov" operativ-taktiki qoşun qruplaşmasının nümayəndəsi Yuri Povx qeyd edib ki, Xarkov istiqamətində cəbhənin ümumi sabitləşməsi o deməkdir ki, düşmən uğursuz hücumlarda özünün şəxsi heyətini itirir və hətta texnikanın köməyilə irəliyə getmək imkanına malik deyil.
 
Düşmənin orta zümrə zabitləri arasında itkiləri iri birləşmələrlə hücum əməliyyatlarını həyata keçirməyə imkan vermir. Düşmən bir nöqtəyə 100 tank cəlb edə bilər, lakin bu tanklarla hücum etmək qabiliyyətində deyil, bunu hərbi ekspert İvan Kiriçevski "Defence Express" nəşrinə deyib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
1
moderator.az

2Mənbələr