AZ

Taliban Lavrovun Əfqanıstanla dialoq qurmaqla bağlı bəyanatını alqışlayıb

Taliban hökuməti Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ölkələr arasında davamlı, daimi, substantiv dialoq qurmaq niyyəti barədə bəyanatını alqışlayıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Əfqanıstan Xarici İşlər Nazirliyinin sözçüsü Abdul Qahar Balkhi bildirib. 

"Əfqanıstan İslam Əmirliyinin Xarici İşlər Nazirliyi Əfqanıstan hökuməti ilə daha sabit, davamlı və praqmatik dialoqun tərəfdarı olan Rusiyanın xarici işlər naziri Sergey Lavrovun şərhlərini alqışlayır", - Balkhi "X"də yazıb.

O vurğulayıb ki, Taliban bütün tərəflərlə, o cümlədən Rusiya ilə hərtərəfli və nəticəyə yönəlmiş dialoq aparmağa hazırdır. 

İyunun 21-də Lavrov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Xarici İşlər Nazirləri Şurasının (KTMT Xarici İşlər Nazirləri Şurası) iclasının yekunları üzrə bildirib ki, KTMT-yə üzv ölkələr Taliban hökuməti ilə layihələrin həyata keçirilməsinə yönəlmiş daimi dialoqun qurulmasının zəruriliyi barədə razılığa gəliblər. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
operativmedia.az

1Mənbələr