AZ

Lyuis Dobbin “Everton”u “Aston Villa”ya dəyişdi

İngiltərənin “Everton” klubunun sol vingeri Lyuis Dobbin bundan sonra Premyer Liqanın digər təmsilçisi “Aston Villa”nın formasını geyinəcək.

Arena.az xəbər verir ki, bu barədə “Aston Villa” rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xəbərdə bildirilir ki, “Aston Villa” bu gün 2024/2025 mövsümü öncəsi ilk transferini rəsmiləşdirib. Sözügedən klub Premyer Liqa təmsilçisi “Everton”da çıxış edən Lyuis Dobbini heyətinə qatıb. 21 yaşlı ingilis futbolçu ilə imzalanmış müqavilənin müddəti və transferin digər detalları açıqlanmayıb.

Lyuis Dobbin “Everton”un yetirməsidir. Gənc vinger sözügedən klubun əsas komandasında 20 oyuna cəmi 1 qol vurub. İcarə əsasında “Derbi Kaunti”də də oynamış futbolçu burada 54 oyuna 5 qol və 6 assistlə yadda qalıb. Dobinin “Everton”la 2025-ci ilin 30 iyununa qədər müqaviləsi var idi.

Dobbin İngiltərənin U-15, U-16, U-17 və U-19 yığmalarında da forma geyinib.

“Transfermarkt” internet-portalı 20 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 2,5 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
arena.az

1Mənbələr