AZ

“Real” hücumçularından biri ilə vidalaşacaq

“Real” hücumçularından biri ilə ayrılmağı planlaşdırır.



Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, 19 yaşlı Alvaro Rodriges “kral klubu”nun sıralarını tərk edəcək. Futbolçunun komandanın əsas heyətinə düşmək şansı azdır və buna görə də, onu başqa kluba buraxmağa hazırdırlar.



Rodrigesin xidmətində üç klub maraqlıdır. Söhbət İspaniya çempionatının iki təmsilçisi – “Xetafe” və “Rayo Valyekano”dan gedir. Bundan başqa, Almaniyanın “Volfsburq” klubu da futbolçunu transfer etmək istəyir.



“Real” hücumçu ilə 10 milyon avro qarşılığında vidalaşmağa hazırdır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin EtiketlərAlvaro Rodriges real

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
komanda.az

1Mənbələr