AZ

Sükan arxasında yatan sürücü qəza törətdi:7 nəfər xəsarət alıb - FOTO

Türkiyənin İstanbul şəhərində sükan arxasında yuxulayan sürücü ağır yol-nəqliyyat hadisəsinə səbəb olub. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə iyunun 23-də səhər saatlarında Qartal rayonu D-100 trasında baş verib.

Məlumata görə, “Volkswagen” markalı minik avtomobilinin sürücüsü sükan arxasında yuxulayıb. Bundan sonra idarəetmədən çıxan nəqliyyat vasitəsi eyni istiqamətdə hərəkətdə olan “Fiat” markalı taksiyə, sonra isə “Volvo”ya çırpılıb.

Nəticədə 2-si uşaq olmaqla ümumillikdə 7 nəfər xəsarət alıb.

Yaralılar, hadisə yerinə cəlb edilən ambulanslarla xəstəxanaya aparılıblar.

 

Namiq Musayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
avtosfer.az

1Mənbələr