AZ

Bakıda ayağı sınan kişi binanın damında çarəsiz qaldı - VİDEO

Bakıda ayağı sınan kişi binanın damında çarəsiz qaldı - VİDEO

Bakı şəhərinin Xətai rayonu, Qaçaq Nəbi küçəsində vətəndaş yaşayış binasının damında köməksiz vəziyyətdə qalıb.

Sonxeber.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri çağırış ünvanına cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1961-ci il təvəllüdlü Nizam Cəlil oğlu Məmmədov ayağının sınması səbəbindən doqquzmərtəbəli yaşayış binasının damında köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər köməksiz vəziyyətdə qalmış vətəndaşı xüsusi vasitələrin köməyi ilə damdan düşürərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
26
sonxeber.az

10Mənbələr