AZ

PAŞİNYAN ATƏŞKƏSİN POZULMASINDAN NARAHATDIR VƏ...

Ermənistanın baş naziri Nikol Paşinyanın ofisi Azərbaycana atəşkəs rejiminin pozulması hallarının araşdırılması üçün ikitərəfli mexanizmin tətbiqi üzrə işə başlamağı təklif edir.

Tezadlar.az "Sputnik Armeniya"ya istinadla bildirir ki, belə bir bəyanat Ermənistan Nazirlər Kabinetinin rəsmi "Telegram" kanalında dərc olunub. Sitat: "Ermənistan baş nazirinin bu il 15 iyun tarixli bəyanatının ardı olaraq və Ermənistan hökumətinin gərginliyin yaranmasının qarşısını almaq niyyətində olduğuna əsaslanaraq, Baş Nazirin Aparatı diplomatik kanallar vasitəsilə Azərbaycan Prezidenti Administrasiyasına təklif edib ki, atəşkəs rejiminin pozulması hallarının araşdırılması üçün ikitərəfli mexanizm yaradılsın".

Azərbaycan tərəfi hələki bu bəyanata reaksiya verməyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
tezadlar.az

1Mənbələr