AZ

Şamaxıda avtomat satmaq istəyən şəxs saxlanılıb

Şamaxıda avtomat satmaq istəyən şəxs saxlanılıb

Üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən, əvvəllər də narkotik və oğurluq cinayətlərinə görə məhkum olunmuş 1971-ci il təvəllüdlü İlham Əlixanov saxlanılıb.

Sonxeber.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, ondan bir ədəd "Kalaşnikov" avtomatı və daraq aşkarlanıb. Saxlanılan şəxs odlu silahı satmaq məqsədi ilə paytaxtdan Şamaxıya gətirdiyini bildirib.

İ.Əlixanov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
1
sonxeber.az

2Mənbələr