AZ

FED nəhəngləri "zəif" elan edib

ABŞ Federal Ehtiyat Sistemi (FED) və ABŞ Federal Əmanətlərin Sığortalanması Korporasiyası (FDIC) iflasla bağlı sürpriz açıqlama verib. 

"Cebhe.info" xəbər verir ki, ən böyük bankların iflas hesabatları ilə bağlı iddialara son qoyaraq bəzi bankların vəziyyətinin heç də yaxşı olmadığını açıqladı. 

Fed və FDIC ölkənin səkkiz ən böyük bankının maliyyə çətinliyi və ya iflas vəziyyətində izləniləcək müntəzəm həll üsullarını ehtiva edən strategiya hesabatları qəbul edir. FED bu il verilən "həll planları"na baxışın nəticələrini açıqlayıb. Açıqlamada dörd bank nəhəngi olan "Bank of America", "Citigroup", "Goldman Sachs" və "JPMorgan Chase"-in planlarında "zəif tərəflərin" aşkar edildiyi bildirilib.

Həll planları araşdırılan digər banklar "Wells Fargo", "Bank of New York Mellon", "State Street" və "Morgan Stanley" ilə bağlı 'heç bir zəiflik aşkar edilmədiyi' paylaşılıb.

Açıqlamada sözügedən səkkiz banka öz strategiya və imkanlarının davamlı olaraq təkmilləşdirilməsi istiqamətlərini göstərən əks məktublar göndərildiyi vurğulanıb və “zəif” hesab edilən banklara çatışmazlıqları tamamlanması üçün 1 iyul 2025-ci il tarixinədək vaxt verilib. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
cebheinfo.az

1Mənbələr