AZ

Aylarla pul almadı, sonda ayrılıq imzasını atdı -  Gedişin QARANLIQ TƏRƏFİ

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev çıxış etdiyi "Adana Demirspor"dan ayrılıb.

Bu barədə Türkiyənin gazetevatan.com saytı məlumat yayıb. 30 yaşlı qolkiperin müqaviləsini birtərəfli qaydada ləğv etdiyi vurğulanıb.

Şahruddin ötən mövsümdən indiyə kimi sözləşməsinə nöqə qoyulan 4-cü futbolçu olub. Daha əvvəl Yusuf Ərdoğan, Dorukhan Toköz və Mustafa Kapı müqavilələrini birtərəfli qaydada pozmuşdu.

Badou Ndiaye, Younes Belhanda, Yonas Svensson və Kevin Rodriqes isə qarşılıqlı razılaşma əsasında klubla yollarını ayırmışdı.

Şahruddin Məhəmmədəliyev 2023-cü ilin sentyabrından Türkiyə Superliqası təmsilçisində oynayırdı. O, klubun heyətində 25 rəsmi matçda meydana çıxıb, 40 qol buraxıb, 5 oyunda qapısını toxunulmaz saxlayıb.

2023-cü ilin sentyabr ayında "Qarabağ"dan "Adana Demirspor"a keçən "Şah" təsadüfən buradan ayrılmaq qərarına gəlməyib.

Adana klubunun ona üst-üstə 6 aydan artıq maaş borcu var. Bu azmış kimi, şans qazandığı oyunların bir çoxuna görə bonus almayıb.

Dağıstan kökənli kiper azad agent statusu almaqdan ötrü ona çatacaq pulun əhəmiyyətli hissəsindən imtina edib.

SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
sportinfo.az

1Mənbələr