AZ

“Azərbaycan Silahlı Qüvvələri bütün regionda sülhün və təhlükəsizliyin qarantıdır”

“Azərbaycan Silahlı Qüvvələri bütün regionda sülhün və təhlükəsizliyin qarantıdır”.

 

Bunu Moderator.az-a açıqlamasında millət vəkili Arzu Nağıyev bildirib. Millət vəkili qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələrinin artan gücü regionda istənilən təxribatın qarşısını almağa imkan verir:

 

“Azərbaycan Silahlı Qüvvələri 2020-ci ilin 44 günlük Vətən müharibəsində Ermənistan ordusunu darmadağın edərək erməni faşizminə böyük zərbə vurdu. Qarabağ və ətraf rayonları erməni faşizminin işğalınmdna azad etdi. 2023-cü ilin sentyabrın 19-20 tarixində - cəmi 23 saat ərzində Azərbaycan lokal antiterror tədbirləri çərçivəsində torpaqlarında erməni separatizminin son dayaqlarını da məhv etdi – Xankəndi, Əsgəran, Ağdərə, Xocalı və s. əraziləri terrorçulardan təmizlədi.

 

Bu gün Azərbaycan Silahlı Qüvvələri sürətli inkişaf yolundadır. Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə qeyd edib ki, ordumuz 44 günlük Vətən müharibəsindəki dövrlə müqayisədə daha güclü, daha qüdrətlidir. Bu isə sadəcə ölkəmizin deyil, bütün regionun təhlükəsizliyinin qorunmasında, dincliyin, sabtliyin təmin olunmasında mühüm amildir.

 

Əminəm ki, Azərbaycan Silahlı Qüvvələri bundan sonra da Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmininə böyük töhfələr verəcək, hər zaman malik olduğu yüksək döyüş əzmi ilə dünya orduları arasındakı qabaqcıl mövqeyini qoruyub saxlayacaq.

 

Mən 26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibətilə bütün hərbçilərimizi təbrik edir, onlara xidməti fəaliyyətlərində uğurlar arzulayıram”.

 

Seymur ƏLİYEV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
1
moderator.az

2Mənbələr