AZ

"ABŞ-dən silah tədarükü bərpa olunmalıdır"

ABŞ-dən İsrailə silah tədarükünün bərpası məsələsi yaxın gələcəkdə həll edilməlidir.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu hökumətin həftəlik iclasında deyib.

“Təxminən dörd ay əvvəl ABŞ-dən İsrailə silah təchizatında azalma oldu. Bu məsələnin yaxın gələcəkdə həll olunacağına inanıram”, - Baş nazir bildirib.

ABŞ Prezidenti Cozef Bayden mayın 8-də CNN telekanalına müsahibəsində bildirib ki, İsrail Qəzza zolağının cənubundakı Rəfah şəhərində hərbi əməliyyat keçirəcəyi təqdirdə silah tədarükünü dayandırılacaq. Mayın 10-da Ağ Evdən bildirilib ki, bu, tədarükün dayandırılması deyil, fasilədir.

Ötən gün İsrailin müdafiə naziri Yoav Qalant ABŞ-yə səfər edib. İsrail Müdafiə Nazirliyinin mətbuat xidmətinin qeyd etdiyi kimi, tərəflər hərbi sahədə əməkdaşlığı da müzakirə edəcəklər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
10
redaktor.az

10Mənbələr