AZ

Mbappe Polşaya qarşı oynayacaq? - Deşam açıqladı

Fransa millisinin baş məşqçisi Didye Deşam burnu qırılan hücumçu Kilian Mbappenin son durumu ilə bağlı açıqlama verib.

90deqiqe.Az  xəbər verir ki, "RMC Sport" onun dediklərini belə çatdırıb:

“Kylian Polşaya qarşı oynayacaq? Zamanla hər şeyi öyrənəcəksiniz. Sağalma gözlənildiyi kimi gedir, Mbappe müalicə alır. Hər gün kiçikləşən şişkinlik var. O, yavaş-yavaş maskaya öyrəşir, çünki bu, baxışını bir az dəyişir. Kilian hazırda yaxşıdır."

Futbolçu zədə səbəbindən Niderland ilə oyunu (0:0) buraxıb. 2024-cü il Avropa çempionatında növbəti oyunu Fransa yığması Polşa yığmasına qarşı keçirəcək. Görüş iyunun 25-də baş tutacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
90deqiqe.az

1Mənbələr