AZ

Xarkova zərbə endirilib, 2 nəfər ölüb

Dünən, iyunun 22-də Rusiyanın Ukraynanın Xarkov vilayətində yaşayış binasına endirdiyi aviazərbələr nəticəsində son məlumatlara görə, 2 nəfər ölüb, 53 nəfər yaralanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "RBC-Ukrayna" Dövlət Fövqəladə Hallar Xidmətinə istinadən məlumat yayıb.

O da qeyd olunur ki, bu gün səhər saatlarından etibarən fövqəladə və xilasetmə işləri artıq yekunlaşıb.

Ukrayna tərəfinin məlumatına görə, dünən, iyunun 22-də rus qoşunları Xarkova birdən-birə 4 idarə olunan bomba atıb, onlardan biri yaşayış binasına düşüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
1
iqtisadiyyat.az

2Mənbələr