AZ

"Makkabi"nin "Sabah"a "işi düşdü": "ilk oyun Bakıda, ikincisi Bolqarıstanda keçirilsin" - RƏSMİ AÇIQLAMA

"Sabah"ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi "Makkabi" təmsil etdiyi ölkədə hökm sürən müharibə şəraiti üzündən avrokubok oyunlarını evdə keçirə bilməyəcək.

“Football-plus.az” xəbər verir ki, bilindiyi kimi, Hayfa klubu ev oyununu Macarıstanda keçirmək niyyətində idi. Lakin İsrailin "One" nəşrinin məlumatına görə, planlarda köklü dəyişiklik edilib. Klub ilk oyunun Bakıda, dəqiqi, "Bank Respublika Arena"da keçirilməsi üçün "Sabah"a müraciət ünvanlayıb. Halbuki "bayquşlar" ilk matçı səfərdə keçirməliydi. Bununla yanaşı, "Makkabi"nin ev oyunu Macarıstanda yox, Bolqarıstanda keçirilə bilər. Əlbəttə, bunun üçün masazırlıların mövqeyi də nəzərə alınmalıdı.

Bəs həmin nəşrin iddiası nə dərəcədə doğrudu? "Makkabi" həqiqətən paytaxt klubuna müraciət edibmi?
Bu suallarla "Sabah"ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidova müraciət etdik. O, "Football-plus.az"a açıqlamasında hələ ki kluba hansısa məlumat verilmədiyini bildirdi.

KƏNAN BAHADIR

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
football-plus.az

1Mənbələr