AZ

İrəvanda oteldə partlayış: xəsarət alan var

İrəvandakı “Ararat Resort” otel kompleksinin nəzarət-buraxılış məntəqəsində qaz sızması nəticəsində partlayış baş verib.

Axar.az erməni mediasına istinadla xəbər verir ki, hadisə nəticəsində təhlükəsizlik işçisi yaralanıb.

Hadisə iyunun 23-də səhər saat 07:30 radələrində baş verib. Oteldən qeyd ediblər ki, xəsarət alan işçinin 39 yaşı var və İrəvandakı Milli Yanıq Mərkəzinə aparılıb.

Partlayış nəticəsində məntəqənin şüşələri sınıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
4
axar.az

5Mənbələr