AZ

Basketbol seçimlərinə start verilib

Azərbaycan Basketbol Federasiyasının (ABF) məşqçi mütəxəssislərindən ibarət nümayəndə heyəti seçim aparıb.

İdman.biz xəbər verir ki, respublikanın rayon və şəhər məktəblərində təhsil alan 2012-2015-ci il təvəllüdlü şagirdlər arasından fiziki və funksional göstəriciləri basketbola uyğun oğlan və qızları seçilərək qeydiyyata almışdırlar.

Seçimlərin növbəti mərhələsinə isə bu gün start verilib. Şagirdlər bu mərhələdə basketbolun təməl başlanğıc hərəkətlərinin praktiki məşqlərini yerinə yetiriblər. Mərhələni uğurla tamamlamış şagirdlər, növbəti mərhələdə bacarıqlarını nümayiş etdirəcəklər.

Qeyd edək ki, paytaxt və regionlarda seleksiya xarakterli təlimlər, yay ayları boyunca davam edəcək.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
1
idman.biz

2Mənbələr