AZ

Badmintonçularımızdan 3 medal

Serbiyanın Novi Sad şəhərində keçirilən “Serbian Youth International 2024” turniri Azərbaycan idmançıları üçün uğurlu olub.

Msport.az xəbər verir ki, 9 yaşadək badmintonçu qızların şəxsi yarışında Mələk Təhməzli qızıl medal qazanıb.

Ömər Teymurlu isə 13 yaşadək oğlan badmintonçular arasında gümüş medala sahib olub. Oğlan badmintonçuların qoşa yarışında Ömər Mehdi – Ömər Teymurlu (13 yaş) tandemi gümüş, İsmayıl Qarayev və Həsən Məmmədov (11 yaş) isə bürünc medala layiq görülüblər.

Seçilən
75
1
msport.az

2Mənbələr