AZ

Terim Türkiyənin məğlubiyyəti haqda nə dedi?

Türkiyə yığması Portuqaliya önündə çox zəif təsir bağışlayaraq 0:3 hesabı ilə darmadağın oldu.

“Football-plus.az” xəbər verir ki, ''Ay-ulduzlular''ın AÇ-dəki oyunlarını ''Bein Sports'' kanalı üçün şərh edən əfsanəvi türkiyəli mütəxəssis Fatih Terim bunları deyib:
''Komandamız nə hücumda ümidləri doğrultdu, nə də müdafiədə. Taktiki intizamdan tamamilə uzaq qalan bir komanda seyr etdik. Portuqaliya istədiyi qədər topa nəzarət etdi. Etiraf edək ki, onlara lazım olsaydı, bundan da çox qol vura bilərdilər. Gürcüstanla oyunda qalib gəlməyimizə və gözəl qollar vurmağımıza baxmayaraq qapımız önündə bir çox təhlükə yaşandı. Həmin səhvlərdən nəticə çıxarmalı və müdafiədə daha diqqətli oynamalı idik. Amma bunu görmədim. İlk yarıda 2 qol buraxdıqdan sonra Türkiyə psixoloji cəhətdən, motivasiya baxımından çökdü. Portuqaliya isə əksinə rahat oynamağa başladı. Buraxdığımız 3-cü qol oyun intizamından qopmağımızın nümunəsi idi. Amma üzülmək üçün zaman yoxdu. Bu matçı dərhal unudub ən effektli şəkildə Çexiya ilə oyuna hazırlaşmalıyıq. Bizim qarşımıza qoyulan əsas hədəf qrupdan çıxmaqdı. Bunu bacarsaq, bu oyun unudulacaq. Xalqımızdan bir xahişim var. Aydın məsələdi ki, start heyəti və başqa məqamlar müzakirələrə səbəb olacaq. Sosial şəbəkəni idarə etmək mümkün deyil. Amma gəlin, hamımız birlikdə məşqçilər korpusuna və futbolçulara dəstək olaq. Çexiya ilə oyundan öncə komandaya lazımi dəstəyi verək. Turnir bitdikdən sonra zatən hər kəs istədiyi qədər tənqidlər səsləndirəcək. Amma turnir bitənə qədər heç kimi günahlandırmadan komandamızın arxasında durmalıyıq. İnsanlar pis gündə bəlli olur. İndi bizim pis günümüzdü. Ona görə də dəstək olmalıyıq. Portuqaliya istənilən rəqibi yenməyə qadirdi. Pepeni də xüsusi qeyd etməliyəm. Hər kəs üçün inanılmaz bir örnəkdi. Yaşına rəğmən meydanda ən yaxşı futbolçu idi. Nəinki gənc, hətta təcrübəli oyunçular üçün də örnəkdi''.


ƏLİ
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
football-plus.az

1Mənbələr