AZ

UEFA “Sumqayıt” ilə əlaqəli yeni qərar verdi

“Sumqayıt”ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Fehervar”la cavab oyununun vaxtında dəyişiklik edilib.

Sportinfo.az Macarıstan klubunun rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma öncədən nəzərdə tutulduğu kimi avqustun 1-də keçirilməyəcək.

UEFA Sekeşfehervardakı görüşün iyulun 31-də baş tutmasını qərara alıb. Komandalar arasında ilk duel isə iyulun 25-də Sumqayıtda reallaşacaq.

Oyunların başlama saatı hələlik bəlli deyil.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
sportinfo.az

1Mənbələr