AZ

Hindistanın baş naziri Qazaxıstandakı görüşə qatılmayacaq

Hindistanın baş naziri Narendra Modi iyulun 3-dən 4-dək Qazaxıstanda keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak edə bilməyəcək.

"Unikal" xəbər verir ki, bu barədə yerli “The Hindu” qəzeti məlumat yayıb.

Qeyd olunur ki, baş nazir Hindistan parlamentinin qarşıdan gələn sessiyası ilə əlaqədar xarici həmkarları ilə görüşü buraxmalı olub. Sessiya iyunun 24-dən iyulun 3-dək davam edəcək və aprelin 19-dan iyunun 1-dək ölkədə keçirilən ümumi deputat seçkilərindən sonra ilk rəsmi tədbir olacaq.

Jurnalistlərin məlumatına görə, Hindistan prezidenti Draupadi Murmu sessiya zamanı parlamentin hər iki palatasında çıxış edəcək. Eyni zamanda, iyulun 2-dən iyulun 4-dək qanunverici orqanda Modinin iştirakı da daxil olmaqla, “Dövlət başçısına minnətdarlıq bildirmək haqqında” xüsusi prosedur keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
2
unikal.az

3Mənbələr