AZ

"Çelsi" "Aston Villa"nın hücumçusu ilə güclənir

"Aston Villa"nın hücumçusu Omari Kelliman karyerasını "Çelsi"də davam etdirəcək.

90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) məlumat yayıb.

O 18 yaşlı futbolçunun bu gün "zadəganlar"la uzunmüddətli müqavilə imzalayacağını və transfer məbləğinin 19 milyon funt sterlinq olacağını qeyd edib.

Ötən mövsüm 18 yaşlı futbolçu "Aston Villa"nın ikinci komandasının heyətində 18 matçda iştirak edib, 8 qol vurub və bir məhsuldar ötürmə edib. Forvardın transfer qiyməti bir milyon avro qiymətləndirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
90deqiqe.az

1Mənbələr