AZ

Kristian da Silva da “Sabah”a lazım olmadı - Rəsmi

Azərabycanı Konfrans Liqasında təmsil edəcək “Sabah” klubu yarımmüdafiəçisi Kristian da Silva ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, braziliyalı futbolçu ilə başa çatan müqavilənin müddəti yenilənməyib. Klub ona xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, Kristian da Silva 2022-ci ilin fevral ayından paytaxt klubunda çıxış edirdi. 35 yaşlı mərkəz yarımmüdafiəçisi Azərbaycan təmsilçisinin heyətində bütövlükdə 71 oyuna çıxıb, 4 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

Braziliyalı oyunçu karyerası ərzində “Pasuş de Ferreyra”, “Nasyonal”, “Kasa Pia”, “Feyrense”, ÇFR (Kluj), APOEL (Nikosiya) və “Koimbra” kimi klublarda da çıxış edib.

Qeyd edək ki, “Sabah” Kristian da Silvadan öncə Davit Volkov və Kristian Sebalyosla da yollarını ayırmışdı. Rauf Rüstəmli isə “Şamaxı”ya icarəyə verilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
arena.az

1Mənbələr