AZ

AVRO-2024: Qrup mərhələsində III tur başlayır

Almaniyada təşkil olunan Avropa çempionatının qrup mərhələsində bu gün III tura start veriləcək.

İlk olaraq A qrupunda iki qarşılaşma baş tutacaq.

1/8 final mərhələsinə vəsiqəni təmin edən Almaniya millisi İsveçrəni sınağa çəkəcək.

Şotlandiya isə Macarıstanla üz-üzə gələcək. Hər iki matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

23 iyul

AVRO-2024

A qrupu

23:00. İsveçrə - Almaniya

Baş hakim: Daniele Orsato (İtaliya).
Frankfurt, "Valdştadion".

23:00. Şotlandiya - Macarıstan (CBC Sport)

Baş hakim: Fakundo Telyo (Argentina).
Ştutqart, "MHP Arena" stadionu.

Xal durumu: Almaniya - 6, İsveçrə - 4, Şotlandiya - 1, Macarıstan - 0.

Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
19
cbcsport.az

10Mənbələr