AZ

Vaqif Cavadov: “Necə ki, Berti Forqsun dönəmində bunu gördük”

"Fernandu Santuşdan gözləntilərim böyükdü. Çox təcrübəli mütəxəssisdi. Özünə görə nüfuzu və nəticəsi var. Təbii ki, portuqaliyalı baş məşqçidən qısa zamanda böyük uğurlar gözləmək absurd olardı. Amma onun gəlişiylə yığmada canlanma olacaq. Necə ki, Berti Forqsun dönəmində bunu gördük". Bu sözləri Sport24.az-a açıqlamasında Vaqif Cavadov deyib.
Veteran futbolçu klublarımızın avrokuboklardakı rəqibləri barədə də fikirlərini bölüşüb: "Püşk komandalarımızın qarşısına sanballı rəqiblər çıxardı. "Qarabağ" favoritdi. Amma digər təmsilçilərimizin işi bir qədər çətindi. Buna baxmayaraq, hər üç kollektiv sonadək mübarizə aparmalı, ruhdan düşmənəlidi. İnanıram ki, bu mövsümdə klublarımız daha yaxşı çıxış edəcəklər. Hər 4 təmsilçisimizin maksimum irəliləmək üçün potensialı var. Onların hər birinə uğurlar arzu edirəm".
Yığmanın sabiq üzvü hazırda davam edən AVRO-2024-lə də bağlı danışıb: "İtaliya millisinə azarkeşlik edirəm. Ümid edirəm ki, onlar turnirin qalibi olacaq. Favoritlər sırasında Almaniya, İngiltərəni də qeyd etmək olar. Ümumiyyətlə, Almaniyaya yollananlar arasında aşkar zəif komanda yoxdu. Hətta çoxlarının gözləmədiyi bir yığmanın finala yüksəlməklə sürpriz etməsini də gözləyirəm. Qarşıda bizi daha gərgin və prinsipial oyunlar gözləyir". ABDULLA İSMAYILOĞLU

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
sport24.az

1Mənbələr