AZ

Cənubi Koreya Ukraynaya silah sata bilər

Rusiya KXDR-ə müasir hərbi texnologiyaları ötürsə, Koreya Respublikası Ukraynaya silah tədarükü ilə bağlı heç bir məhdudiyyətə əməl etməyəcək. Bunu Cənubi Koreya Prezident Administrasiyasının Milli Təhlükəsizlik İdarəsinin rəhbəri Çan Ho-cin KBS kanalında deyib.

“Vurğulamaq istəyirəm ki, Rusiya Şimali Koreyaya dəqiq silahlar versə,onda Ukraynaya silah verəcəyik. Hər şey Rusiyanın nə edəcəyindən asılıdır. - Cənubi Koreya rəsmisi bildirib.

Chan Ho-jin Koreya Respublikasının Ukraynanı hansı silahlarla və hansı şəraitdə təmin edə biləcəyini açıqlamayıb.

Oxuməni.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
oxumeni.az

1Mənbələr