AZ

“Dinamo” Berdıyevin gedişini açıqladı, qaldı “Turan Tovuz”

Mahaçqala “Dinamos”su Kurban Berdıyevin baş məşqçi postundan getdiyini açıqlayıb. Msport.az xəbər verir ki, bu barədə klubun teleqram kanalında açıqlama verilib:

“Biz sizə çox təşəkkür edirik, Kurban Bekieviç! “Dinamo”ya tarixində ilk dəfə elitaya yüksəlməyə köməklik göstərdiniz. Bizim futbolçularımıza çox şeyi öyrətdiniz. Əks halda bu nəticə qeydə alınmazdı.

Respublikada uşaq-gənclər futbolunu inkişaf etdiediyinizə görə, sizə ayrıca təşəkkür düşür. Yeni komandanızda sizə uğurlar arzu edirik”.

Qeyd edək ki, 71 yaşlı mütəxəssis “Turan Tovuz”un baş məşqçisi olacaq. Yaxın saatlarda bu təyinatın rəsmən açıqlanması gözlənilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
msport.az

1Mənbələr