AZ

Bərdə RMX-da klinik protokolların tətbiqinə dair təlim keçirilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin təşkilatçılığı ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasında “Klinik protokolların tətbiqinə nəzarət mexanizminin qurulması və hesabatlığın təmin olunması” mövzusunda təlim keçirilib.

 

Aztibb.az-a Xəstəxanadan verilən xəbərə görə, təlimdə məruzəçi qismində TƏBİB-in Tibbi təhsil və innovasiyalar departamentinin rəhbəri Teymur Mirzəbəyli və Tədqiqatlar və protokolların tətbiqi şöbəsinin müdiri Kəmalə Ağayeva çıxış ediblər.

 

Təlimdə iştirakçı qismində Bərdə RMX, Yevlax RMX, Ağdaş RMX, Mngəçevir ŞMX, Tərtər RMX, Ağdam RMX, Ağcabədi RMX, Beyləqan RMX, Fizuli RMX və Xocavənd RMX-nın rəhbər şəxsləri (direktorun müalicə işləri üzrə müavinləri, Tibbi şura üzvləri, şöbə və bölmə müdirləri) yer alıb.

 

Təlim interaktiv şəkildə davam edib, sonra suallar cavablandırılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
aztibb.az

1Mənbələr